Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub

Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub
05.02.2026 12:55 Sağlamlıq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələr çərçivəsində ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar stomatoloji xidməti fəaliyyət göstərir.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Nazirliyin koordinasiyası ilə həyata keçirilən səyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib.

Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata keçirilib.

Səyyar xidmətlər nəticəsində 8 000-dən çox vətəndaş müayinədən keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya yönləndirilib.

Layihənin icrasında ATU Tədris Stomatoloji Klinikasının rezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçün stomatoloji xidmətlərin əlçatanlığını artırıb. Eyni zamanda bu proses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarının inkişafına da mühüm töhfə verib.

Səyyar stomatoloji xidmətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sağlamlığın qorunması və profilaktikanın gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir. Tədbirlər ATU və aidiyyəti qurumların iştirakı ilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur.

TodayPress TV

PHOTOS

Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 1
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 2
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 3
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 4
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 5
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 6
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 7
Səhiyyə Nazirliyi: 8 mindən çox insan müayinə olunub — 8
NEWS FEED
01 AUGUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 All News