Risk qrupunda olan yüz minlərlə insana xəbərdarlıq: “Vaxt itirməyin”

Risk qrupunda olan yüz minlərlə insana xəbərdarlıq: “Vaxt itirməyin”
28.09.2025 09:00 Sağlamlıq

Payız mövsümü ilə birlikdə qrip riski artır. Mütəxəssislər xəbərdarlıq edir ki,  xüsusilə risk qrupunda olan yüz minlərlə insan üçün peyvənd vaxtında vurulmazsa, bütün mövsüm boyu ciddi fəsadlarla üzləşmək mümkündür.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Medical Park Karadeniz Xəstəxanasının Sinə Xəstəlikləri Mütəxəssisi, professor Dr. Tevfik Özlü  payız mövsümü ilə birlikdə qrip riskinin artdığını bildirib.

Onun sözlərinə görə, sentyabr və oktyabr ayları qrip peyvəndi üçün ən uyğun dövrdür. Peyvəndin qoruyucu təsiri 15-20 gün ərzində formalaşır və 6-7 ay davam edir.

Professor  vurğulayıb ki, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar, hamilə qadınlar və müntəzəm aspirin qəbul edən uşaqlar mütləq peyvənd olunmalıdır. O qeyd edib ki, qrip epidemiyaları adətən oktyabr ayında başlayır və vaxtında aparılan peyvənd bütün mövsüm üçün kifayət qədər qorunma təmin edir.

Mütəxəssis əlavə edib ki, qripdən qorunmaq üçün xəstələrlə təmasdan qaçmaq, maskadan düzgün istifadə etmək, qapalı və havasız yerlərdə çox qalmamaq və əl gigiyenasına riayət etmək vacibdir. Bundan başqa, balanslı qidalanma, müntəzəm idman, bol su qəbulu və kifayət qədər yuxu immun sisteminin güclü qalmasına kömək edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər