Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olundu

Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olundu
18.10.2025 22:45 Sağlamlıq

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü və Vətən Müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.

TodayPress TV  xəbər verir ki, aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin etdirilməsidir.

Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.

Şəhid ailələri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu cür aksiyalar dövlətin şəhid ailələrinə göstərdiyi daimi qayğının və yüksək ehtiramın bariz nümunəsidir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər