Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanıldı

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanıldı
25.06.2025 09:15 Sağlamlıq

Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatlarının icrasına başlanılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Tibb müəssisəsində eyni gündə iki vətəndaş - 1941 və 1950-ci il təvəllüdlü pasiyentlər üzərində icra olunan TAVİ əməliyyatı uğurlu başa çatıb. 

Dəyəri kifayət qədər yüksək olan TAVİ əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə icra olunub və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

Tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini, invaziv kardioloq Saleh Hüseynov və Kardiologiya şöbəsinin peşəkar tibbi komandası tərəfindən əməliyyat olan hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Məlumat üçün bildirək ki,  TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur.

Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir.

Xəstə üçün üstünlüyü 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.

Qeyd edək ki, daha öncə TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada icra olunub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər