Manqo püresi idmançılarda iltihabı azaldır, bərpanı sürətləndirir

Manqo püresi idmançılarda iltihabı azaldır, bərpanı sürətləndirir
05.02.2026 19:00 Sağlamlıq

Manqo püresinin gündəlik qəbulu intensiv məşqlər zamanı idmançılarda iltihab göstəricilərinin azalması və əzələ bərpasının yaxşılaşması ilə əlaqələndirilib.

TodayPress TV xəbər verir ki, bu nəticə Tailandın çimərlik voleybolu üzrə milli komandasının üzvləri üzərində aparılan və "Nutrients" jurnalında dərc olunan araşdırmada əksini tapıb.

Pilot tədqiqat çərçivəsində idmançılar dörd həftə ərzində hər gün 600 qram manqo püresi qəbul ediblər, digər dövrdə isə eyni kalorili plasebo verilib. Qan analizləri göstərib ki, manqo fonunda "C-reaktiv" zülal və "interleykin-6" kimi sistemli iltihab markerləri, eləcə də fiziki yüklənmədən sonra əzələ zədələnməsini göstərən kreatinkinaza səviyyəsi azalıb.

Bununla yanaşı, immun cavab göstəricilərində də dəyişikliklər müşahidə olunub: "CD4+ T" hüceyrələrinin payı və "CD4/CD8" nisbəti artıb ki, bu da intensiv məşqlər dövründə immun sisteminin daha sabit olduğunu göstərə bilər. Araşdırma zamanı idmançıların bədən çəkisi, bədən tərkibi və ümumi enerji qəbulu dəyişməyib.

Qiymət Mahir

NEWS FEED
01 AUGUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 All News