İşçilərin psixi sağlamlığı ilə bağlı həyəcan: ekspertlər xəbərdarlıq edir

İşçilərin psixi sağlamlığı ilə bağlı həyəcan: ekspertlər  xəbərdarlıq edir
05.12.2025 19:45 Sağlamlıq

Müasir iş həyatının artan təzyiqləri bütün dünyada işçilərin psixi sağlamlığına ciddi təsir göstərir. Stress, tükənmişlik, performans təzyiqi, iqtisadi qeyri-müəyyənlik və iş–həyat balansının pozulması məhsuldarlıq üçün əsas təhlükələrdən hesab olunur.

TodayPress TV xəbər verir ki, bu mövzular "OnlyHR"in İstanbulda keçirilən 3-cü Simpoziumunda müzakirə edilib.

Simpoziumda çıxış edən Prof. Dr. Kültegin Ögel bildirib ki, işçilər təkcə iş yükü ilə deyil, narahatlıq, performans təzyiqi və şəhər stresinin yaratdığı psixoloji gərginliklə də üzləşirlər. Onun sözlərinə görə, stress idarə olunmadıqda tükənmişlik qaçınılmaz olur və psixoloji dəstək üçün gec müraciət etmək problemi daha da dərinləşdirir.

Prof. Dr. Ögel həmçinin işçilər arasında kiber qumar asılılığının artdığını, bunun iş performansına və ailə həyatına mənfi təsir etdiyini vurğulayıb.

Simpoziumun digər məruzəçisi Prof. Dr. Bedirhan Üstün isə qeyd edib ki, işçi psixologiyasını qorumağın yolu qabaqlayıcı psixi sağlamlıq siyasətlərindən keçir. Onun sözlərinə görə, ədalət, hörmət və insani münasibətlər kimi əsas prinsiplər pozulduqda tükənmişlik və depressiya riski kəskin artır.

Prof. Dr. Üstün bildirib ki, hər 100 işçidən ən azı 20-si depressiya riski altındadır və erkən psixoloji dəstəyə sərf olunan vəsaitin şirkətlərə 4 qat geri dönüş təmin etdiyi sübut olunub. Bu səbəbdən psixi sağlamlıq "xərc" deyil, korporativ davamlılığın vacib elementi kimi qiymətləndirilməlidir.

Simpoziumun ümumi mesajı bu olub:

Psixoloji dəstək seçim deyil, müasir iş yerlərində institusional standart olmalıdır.

Ekspertlərə görə, iş yerlərində iş–özəl həyat balansının qorunması, psixoloji dəstək üçün damğanın aradan qaldırılması və profilaktik korporativ siyasətlərin tətbiqi həm işçi sədaqətini, həm də məhsuldarlığı artırır.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 All News