Ev şəraitində inyeksiya qadağan edilir: Risklərin qarşısı alınacaq?

Ev şəraitində inyeksiya qadağan edilir: Risklərin qarşısı alınacaq?
22.12.2025 17:35 Sağlamlıq

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tibb bacılarının evdə inyeksiya (iynə) vurmasına icazə verilmədiyi və bu fəaliyyətin qadağan oluna biləcəyini deyib.

Bəs bu qərar risklərin qarşısını alacaq?

Mövzu ilə bağlı həkim-terapevt Etibar Süleymanov TodayPress TV-yə bildirib ki, iynənin ev şəraitində və ya tibb müəssisəsində vurulmasından asılı olmayaraq müəyyən risk və ağırlaşmalar mövcuddur. 


Onun sözlərinə görə, bu ağırlaşmaların əsas səbəblərindən biri sterillik qaydalarına düzgün əməl olunmamasıdır:

"Sterillik pozulduğu hallarda inyeksiya yerində abseslər yarana bilər və bu vəziyyət sonradan cərrahi müdaxiləyə qədər aparıb çıxara bilər. Eyni zamanda, inyeksiya vasitəsilə müxtəlif infeksiyaların ötürülməsi riski də mövcuddur. Bu infeksiyalara hepatitlər, HİV və qanla keçən digər yoluxucu xəstəliklər daxildir".

Həkim vurğulayıb ki, istifadə olunan alətlər natəmiz olduqda və sterillik təmin edilmədikdə bu risklər daha da artır. O əlavə edib ki, inyeksiya zamanı ən təhlükəli hallardan biri allergik reaksiyalar, xüsusilə də anafilaktik şokdur:

"Hər bir dərmanın potensial yan təsirləri mövcuddur və bu risklər iynənin evdə və ya xəstəxanada vurulmasından asılı deyil. Anafilaktik şok çox qısa müddət ərzində baş verə bilr. Vaxtında tibbi müdaxilə olunmadığı təqdirdə bu ölümcül nəticələnə bilər. Bu cür hallarda ilk dəqiqələrdə təxirəsalınmaz tibbi yardımın göstərilməsi həyati əhəmiyyət daşıyır".

Terapevt inyeksiyaların tibb müəssisələrində, həkim nəzarəti altında aparılmasını daha məqsədəuyğun hesab etdiyini bildirib. Xəstəxana və poliklinika şəraitində ilkin tibbi yardım üçün zəruri dərman ehtiyatı mövcuddur və ehtiyac yarandıqda həkimlər və digər ixtisaslı tibb işçiləri dərhal müdaxilə edə bilirlər:

"Bununla yanaşı, bəzi kənd və ucqar ərazilərdə həkim və tibb məntəqələrinin çatışmazlığı mövcuddur və bəzən sadə bir inyeksiya üçün belə qonşu kəndə və ya rayona getmək lazım gəlir. Bu isə əlavə çətinliklər yaradır. Məsələyə birmənalı yanaşmaq çətindir, bir tərəfdən ideal variant inyeksiyaların tibb müəssisələrində aparılmasıdır, digər tərəfdən isə mövcud infrastruktur bunu hər zaman mümkün etmir. Bütün tibb işçiləri ilkin tibbi yardım göstərmə bacarığına malik olmalıdırlar. Xüsusilə yüksək qızdırma, arterial təzyiqin kəskin düşməsi, müxtəlif şok halları, o cümlədən kardiogen şok zamanı xəstəni dərhal xəstəxanaya çatdırmaq mümkün olmadıqda, yerində ilkin tibbi yardımın göstərilməsi tövsiyə olunur".

Etibar Süleymanov belə vəziyyətlərdə ağrıkəsici preparatların vurulması, təzyiqi qaldıran dərmanların və ya allergik reaksiya zamanı antiallergik vasitələrin tətbiqinin əlavə risk yaratmaya biləcəyini qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News