Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı

Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı
02.06.2026 03:00 Sağlamlıq

Vərdişlər diabeti bir anda yaratmır, əksinə, qlükoza mübadiləsinin tənzimlənməsini tədricən pozur. Bu isə ilk növbədə 2-ci tip diabetə aiddir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetinin Fundamental Tibbi Fənlər Kafedrasının baş müəllimi Aleksandr Kalyujin Lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, diabetin formalaşmasının əsas mexanizmi insulinə qarşı müqavimət (insulinrezistentlik) ilə bağlıdır. O bildirib ki, yüksəkkalorili qidaların həddindən artıq qəbulu, şəkərli içkilərin, qənnadı məmulatlarının, rafinə edilmiş karbohidratların və iri porsiyaların tez-tez istehlakı nəticəsində orqanizm, xüsusilə də mədəaltı vəzi uzun müddət əlavə yük altında qalır.

"Zaman keçdikcə toxumaların insulinə həssaslığı azalır və qanda qlükozanın səviyyəsi yüksəlməyə başlayır. Fiziki passivlik də burada mühüm rol oynayır. Əzələlər qlükozanı aktiv şəkildə istifadə etdiyindən müntəzəm hərəkət toxumaların insulinə həssaslığını artırır. Hipodinamiya zamanı isə qlükozanın mənimsənilməsinin bu fizioloji mexanizmi zəifləyir", - deyə Kalyujin qeyd edib.

Onun sözlərinə görə, xroniki yuxusuzluq, daimi stres, siqaret çəkmək, alkoqoldan həddindən artıq istifadə, həmçinin bədən çəkisinin, xüsusilə də bel çevrəsinin artmasına məhəl qoymamaq əlavə risk amilləri yaradır.

Mütəxəssis vurğulayıb ki, diabetə adətən tək bir vərdiş deyil, enerjinin normadan artıq qəbul olunduğu, əzələlərin az işlədiyi və orqanizmin tənzimləyici sistemlərinin uzun müddət həddindən artıq yükləndiyi həyat tərzi gətirib çıxarır.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 All News