Çox duz yemək ürək çatışmazlığı riskini artırır

Çox duz yemək  ürək çatışmazlığı riskini  artırır
02.04.2026 18:15 Sağlamlıq

Vanderbilt Universitetinin alimləri müəyyən ediblər ki, gündə müntəzəm olaraq 4000 milliqramdan çox natrium qəbul etmək ürək çatışmazlığı riskinin artması ilə birbaşa əlaqəlidir.

TodayPress TV  xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub.

Tədqiqatın nəticələri Amerika Kardiologiya Kollecinin “JACC: Advances” jurnalında dərc olunub.

Tədqiqata ABŞ-nin Cənub-Şərqi Səhiyyə Tədqiqatı çərçivəsində iştirak edən 25 300-dən çox insanın məlumatları daxil edilib. Təhlil göstərib ki, iştirakçılar gündə orta hesabla 4269 milliqram natrium qəbul ediblər ki, bu da tövsiyə olunan gündəlik qəbulun təxminən iki qatıdır. Qeyd olunur ki, insanların istehlak etdiyi natriumun əsas hissəsi süfrə duzundan gəlir.

Tədqiqatçılar bu səviyyədə duz istehlakının ürək çatışmazlığı riskini 15% artırdığını, gündə əlavə hər 1000 milliqram natriumun isə xəstəliyin inkişaf ehtimalını təxminən 8% yüksəltdiyini müəyyən ediblər.

Ürək çatışmazlığı — ürəyin bədəni lazımi miqdarda qanla təmin edə bilmədiyi, digər sözlə, əsas nasos funksiyasını yerinə yetirə bilmədiyi patoloji vəziyyətdir.

Duz qəbulunun ürək çatışmazlığı ilə əlaqəsi, digər risk faktorları nəzərə alındıqdan sonra belə, sabit olaraq qalıb. Alimlər piylənmə, xolesterol səviyyəsi, fiziki aktivlik, pəhriz, yuxu, habelə koronar ürək xəstəliyi və ya yüksək təzyiqin mövcudluğunu nəzərə alsalar da, natriumun təsiri statistik cəhətdən əhəmiyyətli olaraq qalır.

Tədqiqatçıların fikrincə, duz qəbulunun az da olsa azaldılması xəstəlik riskini nəzərəçarpacaq dərəcədə aşağı sala bilər. Hesablamalara görə, orta gündəlik natrium qəbulunun 4000 milliqrama və ya daha aşağı səviyyəyə endirilməsi on il ərzində ürək çatışmazlığı hallarını təxminən 6,6% azaltmaq potensialına malikdir.

Jalə Rövşən 

TodayPress TV


NEWS FEED
01 AUGUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 All News