Bir neçə xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayacaq

Bir neçə xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayacaq
10.12.2025 11:40 Sağlamlıq

Gələn il Azərbaycanda daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur. Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilir. Ümumilikdə tabeli tibb müəssisələrində 4200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin olunur.

Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması məqsədilə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir.

Xatırladaq ki, dializ xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm addımlardan biri 2023-cü ildə bu xidmətlərin təşkilinə və inkişafına nəzarəti təmin edən komissiyanın yaradılmasıdır. Hazırda komissiya hər həftənin ikinci günü Kliniki Tibbi Mərkəzdə təşkil olunur. Hemodializ xidmətinə ehtiyacı olan hər bir vətəndaş həkim rəyi əsasında müvafiq laborator və instrumental müayinə nəticələri ilə bu komissiyaya müraciət edə bilər.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 All News