Qazaxıstan qlobal oyun qaydalarını müəyyən edən aktora çevrilir

Qazaxıstan qlobal oyun qaydalarını müəyyən edən aktora çevrilir
27.12.2025 11:59

Son illərdə Qazaxıstan Respublikasının regional və qlobal miqyasda artan çəkisi təsadüfi xarakter daşımır. Bu yüksəliş praqmatik, çevik və strateji düşüncəyə əsaslanan dövlət siyasətinin nəticəsidir. Məhz bu uzaqgörən yanaşma sayəsində ölkə Mərkəzi Asiya və Qafqaz məkanında aparıcı iqtisadi-siyasi aktora çevrilməkdədir.

Qazaxıstanın siyasi xəttinin mərkəzində üç əsas prioritet dayanır: dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və davamlı sosial-iqtisadi inkişaf. Bu prioritetlər ölkənin bütün strateji qərarlarında ardıcıl şəkildə əksini tapır.

Ölkədə keçirilən beynəlxalq zirvə görüşləri, biznes forumları və yüksək səviyyəli danışıqlar təkcə diplomatik nüfuzu artırmır, eyni zamanda real iqtisadi nəticələr verir. Təkcə 2025-ci ildə baş tutan beynəlxalq görüşlərin yekununda 70 milyard dollardan artıq ticarət və investisiya sazişinin imzalanması rəsmi Astananın yürütdüyü qlobal diplomatiyanın səmərəliliyini açıq şəkildə göstərir. Xarici tərəfdaşlarla bağlanan bu müqavilələr yeni sənaye müəssisələrinin yaradılmasına, texnologiya transferinə və minlərlə keyfiyyətli iş yerinin açılmasına imkan yaradır.

Müasir dünyada investisiya axınları uğrunda rəqabətin kəskinləşdiyi bir şəraitdə Prezident Kasım-Jomart Tokayev bu reallığı düzgün qiymətləndirir. O, Qazaxıstanı proseslərin kənarında qalan tərəf deyil, qlobal oyun qaydalarını müəyyən edən aktor kimi formalaşdırmağı qarşıya məqsəd qoyub. Prezidentin “biz Mərkəzi Asiya və Qafqaz regionunda ən böyük iqtisadiyyata malik ölkəyik” fikri iddialı bəyanatdan çox, faktlara söykənən siyasi mesaj kimi qiymətləndirilir.

Bu kontekstdə Tokayevin hökumət və Milli Bank qarşısında qoyduğu əsas tələb diqqət çəkir: mürəkkəb şəraitdə dogmatik deyil, çevik və konkret qərarların qəbulu. Bu yanaşma Qazaxıstan iqtisadiyyatının qlobal dalğalanmalara qarşı dayanıqlığını artırır.

Prezidentin uzaqgörən strategiyasının əsas istiqamətlərindən biri Qazaxıstanın Avrasiya materikində əsas tranzit və logistika mərkəzinə çevrilməsidir. Ölkənin əlverişli coğrafi mövqeyi bu məqsəd üçün nadir imkanlar yaradır. Bu çərçivədə 13 min kilometr avtomobil yolunun tikintisi və təmiri aparılır, 36 yeni beynəlxalq hava marşrutu açılır, dünyanın aparıcı şəhərləri ilə birbaşa hava əlaqələri qurulur. Nəticədə Qazaxıstan regional deyil, qlobal logistika zəncirinin mühüm həlqəsinə çevrilir.

İnkişaf yalnız infrastruktur və iqtisadi göstəricilərlə məhdudlaşmır. Əhalinin 90 faizinin internetə çıxışının təmin edilməsi və Qazaxıstanın Mərkəzi Asiyada Starlink peyk internetinə qoşulan ilk ölkə olması dövlətin gələcəyə hesablanmış rəqəmsal siyasətinin göstəricisidir. Tikinti sektorunda əldə olunan nailiyyətlər, yeni yaşayış massivləri və sosial obyektlərin inşası isə əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bütün bu faktlar göstərir ki, Qazaxıstanın sürətli inkişafı spontan proses deyil. Bu, Kasım-Jomart Tokayevin uzaqgörən, balanslaşdırılmış və milli maraqlara söykənən siyasətinin məntiqi nəticəsidir. Prezident ölkəsini yalnız bugünün çağırışlarına cavab verən deyil, həm də gələcəyin qlobal iqtisadi və siyasi arxitekturasında mühüm yer tutmağa hazır olan dövlətə çevirməyi hədəfləyir. Tokayev modeli sübut edir ki, düzgün strateji baxış, praqmatik diplomatiya və çevik idarəetmə sintezi bir dövləti qısa müddətdə regional liderdən qlobal tərəfdaşa çevirə bilər.

Qəvami Sadıqbəyli, Azərbaycan

NEWS FEED
16 JUNE 2026
Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 All News