Partiya sədri: “Siyasətdə təkcə bağlı qapılar olmur”

Partiya sədri: “Siyasətdə təkcə bağlı qapılar olmur”
19.01.2026 13:11

“Çox təəssüflər olsun ki, bunu bəziləri, eləcə də hakimiyyət nümayəndələrinin içində olanlar da humanizm kimi xarakterizə edirlər və bu da cəmiyyətdə bir növ qıcıq yaradır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ermənistan və Azərbaycan yeni mərhələyə daxil olur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bunu Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşmaya və humanizm prinsiplərinə uyğun olaraq, ölkəmizdə cəza çəkən 4 nəfər erməninin Ermənistana təhvil verilməsi barədə TodayPress TV-yə danışarkən bildirib. 

O hesab edir ki, bu istiqamətdə düzgün təhlil aparmaq lazımdır.

“Dövlətin mənafeyi ilə vətəndaşın istəyi arasında həmişə fərqlər ola bilir. Vətəndaş daha emosionaldır, dövlət isə daha təmkinli və strateji düşünür. Bu gün dövlətimizə bu ermənilərin təhvil verilməsi mənafe etibarilə xeyir verirsə, mütləq bu addımı atmaq lazımdır. Əgər ziyan verirsə, lazım deyil. Daxili auditoriya bunu siyasətin bu üzündən təhlil etməlidir.  

Anlayıram, bizim üçün də ağırdır, bəlkə də qərarı verən adamların özü üçün daha ağırdır, xüsusilə Meşəli qətliamında iştirak edən bir adamı təhvil vermək. Amma siyasətin təkcə xoş üzü yoxdur, bir az da güzəştlər üzü var. Diplomatiyanın bir qədər də açıq qapıları var. Siyasətdə təkcə bağlı qapılar olmur. 

Bir yerdə ki, diplomatiya, sülh və danışıqlardan danışırsan, bu yerdə qapını bir az açıq saxlamağı bacarmalısan. Əks təqdirdə masada əyləşə bilməzsən, qarşına qoyduğun layihələrin gerçəkləşdirilməsi istiqamətində irəliləyə bilməzsən. Azərbaycan bu istiqamətdə doğru seçimlər edir, bu qətiyyən yanlış addım deyil”, - deyə o fikrini yekunlaşdırıb.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 All News