Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”

Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”
21.11.2025 18:10

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyini dəyişməyib və üçtərəfli razılaşmalar hələ də sülh prosesinin əsas yol xəritəsidir. O, “3+3” formatında növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini dəstəklədiklərini, həmçinin tərəflərin bu il Əbu-Dabi, Vaşinqton və Düşənbədə apardığı birbaşa təmasların sülhə töhfə verdiyini deyib. 


Maraqlıdır, bu bəyanat fonunda Rusiya regionda yenidən aparıcı rol əldə etməyə çalışırmı və Zaxarovanın bəyanatında Azərbaycan–Vaşinqton münasibətlərində son dövrlər müşahidə olunan yaxınlaşmanın təsiri varmı?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan  politoloq Fikrət Sadıqov bildirib ki, dəyişən reallıqlar fonunda indi əsas istiqamət Vaşinqtonda paraflanan sülh sazişinə yönəlib:


"Üçtərəfli sazişdən – əgər söhbət 10 noyabr 2020-ci il bəyanatından gedirsə – heç kim imtina etmir. Amma bu sənəd artıq keçmişdə qalıb. Beş il vaxt ötüb, vəziyyət dəyişib və regionda tamamilə başqa bir ab-hava formalaşıb. Ermənistanın xarici siyasətində də Azərbaycana qarşı müəyyən korrektələr, yəni düzəlişlər müşahidə olunur. Hazırda biz sülh sazişinin imzalanması ərəfəsindəyik. Artıq Vaşinqtonda bu sənəd paraflanıb və bu istiqamətdə irəliləmək niyyətindəyik – gedirik və gedəcəyik".

Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı heç vaxt ideal sənəd olmayıb. O, əsasən atəşkəsin təmin edilməsinə xidmət edirdi, lakin vaxt keçdikcə yeni reallıqlar və əlavə həll tələb edən məsələlər ortaya çıxıb.

O, qeyd edib ki, Rusiya bölgədəki təsirinin azaldığını açıq görür:

"Düşünürəm ki, Rusiya Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda paraflanan sənəddən ciddi narahatdır. Çünki anlayır ki, regionda sıxışdırıla bilər. Reallıq ondan ibarətdir ki, Rusiyanın rolu əhəmiyyətli dərəcədə azalır".

F. Sadıqov sonda vurğulayıb ki, Rusiya ilə əlaqələrimiz davam etsə də,  onun regional çəkisi əvvəlki kimi deyil:

"Bu isə o demək deyil ki, biz Rusiya ilə münasibətləri kəsmək niyyətindəyik. İkitərəfli əlaqələr qalır və mən əminəm ki, Ermənistan da Rusiya ilə münasibətlərini pozmaq fikrində deyil. Rusiyanın müəyyən rolu qalmaqdadır, lakin aparıcı roldan faktiki olaraq imtina etməli olacaq. Çünki onun bölgədəki iştirakı artıq əvvəlki qədər vacib və həlledici deyil".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 All News