Millət vəkili: "Bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb"

Millət vəkili: "Bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb"
15.06.2025 15:30 Siyasət

"15 iyun 1993-cu il Azərbaycanın unudulmaz tarixidir. Bu tarix hələ uzun illər xatırlanacaq və Ulu Öndər Heydər Əliyevin vətən qarşısında xidmətləri dönə-dönə qiymətləndiriləcək". 

Milli Məclisin deputatı Tahir Rzayev bunu TodayPress TV-yə danışarkən deyib.

O, həmin dövrün çətinliklərindən bəhs edib:

"Həmin günlər Azərbaycanın ən böhranlı, ən ziddiyyətli dövrü idi. Bir tərəfdən, torpaqlarımız erməni işgalçıları tərəfindən zəbt olunur, şəhər və kəndlərimiz talanır, digər tərəfdən, vəzifə uğrunda mübarizə genişlənirdi. Müsavat və Xalq Cəbhəsi cütlüyü vəzifədə olmaq, digər silahlı qruplaşmalar da hakimiyyətə gəlmək üçün torpaq sevgisini tamamilə unutmuşdular. Belə bir dövrdə ordunun varlığından, insanların fəallığından, ordu quruculuğundan, idarə etmədən danışmaq mümkün deyildi. Ölkədə xaos yaşanırdı, özbaşınalıq idi. Belə dövrdə hakimiyyətdə güclü liderin olması ölkəni gələcək faciələrdən qurtarmaq demək idi. Belə lideri də xalq Heydər Əliyevin simasında görürdü. Dövrün böyük çətinlikləri qarşısında qədir bilən xalqımız ona üz tutdu və  Bakıya gəlməsi üçün bütün zəruri vasitələrdən istifadə olundu. Heydər Əliyev Azərbaycanın çətin vəziyyətini görüb Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi. Az müddətdə silahlı qruplaşmalar ləğv edildi, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, orduda müəyyən intizam bərpa edildi. O, "Əsrin müqaviləsi"nə imza atmaqla ölkəni iqtisadi böhrandan çıxardı və bu günün neft strategiyasının əsasını qoydu. Torpaq islahatını həyata keçirməklə kəndlinin öz torpağının sahibi olmasına nail oldu. O dövrdə bu, çox vacib və düşünülmüş islahat idi. Çünki Azərbaycan artıq öz müstəqilliyini təmin etmişdi, zavodlar, fabriklar, sənaye müəssisələri ittifaqla əlaqələri kəsmişdi. Azərbaycan Ulu Öndərin sayəsində beynəlxalq aləmə çıxa bildi və dünyada böyük nüfuz qazandı".

Deputat Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti tərəfindən indi davam etdirildiyini qeyd edib:

"Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyevin ideyalarına arxalanaraq iqtisadi inkişafı təmin edib, düşmən üzərində tarixi qələbələr qazanıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz və söz sahibdir. Bu ideyalar dünya xalqlarının taleyində mühüm rol oynamağa qadir idi. Çünki mayasında demokratiya, sülh, humanizm dayanır. Bu ideyaları İlham Əliyev davam etdirərək dünyada sülhün carçısı rolunda çıxış edir. Məhz buna görə də 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb".

Qiymət Mahir

FOTOLAR

Millət vəkili: "Bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər