Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi
12.08.2026 18:08

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib.

TodayPress TV-nin məlumatına görə, baş nazir qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında elektrik enerjisinin tranziti və Qara dəniz sualtı kabeli layihəsi ilə bağlı məsələlər ekspertlər səviyyəsində müzakirə olunub.

Onun sözlərinə görə, Qara dəniz sualtı kabeli, həmçinin elektrik enerjisi və rəqəmsal bağlantını nəzərdə tutan layihə, birgə maraq doğuran layihələr siyahısına daxil edilib.

"Əlbəttə, hamı başa düşür ki, Gürcüstan olmadan belə bağlantılar yaradıla və möhkəmləndirilə bilməz", – deyə Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

"Prinsipial olaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, xüsusilə bağlantılar baxımından strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi çox vacibdir. Biz bunun üçün çalışırıq və bundan sonra da çalışacağıq", – deyə Baş nazir qeyd edib.

Kobaxidze Azərbaycan və Türkiyə ilə münasibətlərdə müsbət dinamikanın olduğunu da bildirib.

"Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və, əlbəttə, bu istiqamətdə fəal şəkildə işləyəcəyəm", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib:

"Bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.

Amma Ermənistan, təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər".

TodayPress TV

NEWS FEED
12 AUGUST 2026
Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Xocavənd rayonunda mina partladı, xəsarət alanlar var 18:57 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 All News