Hikmət Babaoğlu: “Bu addım Ermənistanda sülh şüuru yaradacaq”

Hikmət Babaoğlu: “Bu addım Ermənistanda sülh şüuru yaradacaq”
15.01.2026 17:13

“Sülhə doğru irəlilədikcə bir sıra zəruri addımların atılması zəruridir”.

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Millət vəkili qeyd edib ki, avqustun 8-i 2025-ci ildən sonra ABŞ-də aparılan sülh layihəsi sülh üçün tamamilə fərqli və yeni mərhələ yaradıb:   

“Yalnız bundan sonra Azərbaycan Ermənistanla kommunikasiyaların qismən bərpası üçün addımlar atdı və ilkin ticarət qərarları qəbul etdi. Azərbaycan məhsullarının Ermənistana satışı həyata keçirildi. 

Dolayısı ilə, əgər bu ardıcıllığa diqqət etsək, görəcəyik ki, iqtisadi əməkdaşlıq və ya iqtisadi mübadilə ilə başlayan yol yavaş-yavaş sülh üçün humanitar platformaya çevrilməkdədir. Biz bunun ilkin əlaqəsini, ilkin mərhələsini ekspertlərin qarşılıqlı səfərində gördük. İndi isə Azərbaycan növbəti humanitar addımı atdı. Azərbaycan Konstitusiyasına və dövlətin humanist fəlsəfəsinə əsaslanaraq dörd erməni cinayətkarın Ermənistana verilməsi ilə bağlı qərar qəbul etdi”.  

H.Babaoğlu həmçinin vurğulayıb ki, bu addım sülhü dəstəkləyir: 

“Bu, şübhəsiz ki, sülhün dəstəklənməsi və Ermənistan ictimaiyyətində sülhpərvərlərin mövqeyinin gücləndirilməsi üçün vacibdir. Çünki hazırda Azərbaycanla, Azərbaycanın şərtləri altında sülh danışığı aparan siyasi təşkilatlanma Paşinyan və onun ətrafında olan komandadır və Paşinyanın düşüncəsini dəstəkləyən siyasi elektoratdır”. 

Parlamentari diqqətə çatdırıb ki, buna görə də dərhal avqustun 8-də ABŞ-də əldə olunmuş razılaşmaya əsasən, Zəngəzur dəhlizi nəqliyyat marşrutunun açılması ilə bağlı birgə icra üçün birgə bəyanat yayılıb və burada Azərbaycanın maraqları nəzərə alınıb. 


Deputat bildirib ki, Paşinyanın açıqlaması da  Ermənistanda sülh şüurunu təşviq edəcək:

"Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın keçid üçün maneəsiz keçid təmin olunacağı barədə açıqlama verdi. Bu, əlbəttə ki, sülh tərəfdarı kimi çıxış edən siyasi elektoratın gücünü səfərbər edəcək, Paşinyan ətrafında və nəticədə Ermənistanda sülhü dəstəkləyən, qonşuluq əlaqələrini müdafiə edən siyasi şüurun formalaşmasına təsir göstərəcək".

Hikmət Babaoğlu sonda diqqətə çatdırıb ki, əsas məsələ odur ki, burada Azərbaycan təşəbbüskar və diktə edən tərəfdir və sülhü irəli aparmaqda qərarlıdır. Bu isə dövlətimizin və xalqımızın maraqları baxımından olduqca əhəmiyyətlidir. 

Qeyd edək ki, Azərbaycan tərəfi Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.

Xatırladaq ki, David Davtyan və Gevorq Sucyan casusluqda təqsirli biliniblər. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, casusluq, qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə ilə bağlı maddələri üzrə ittiham olunublar.

Məhkəmənin hökmü ilə 28 iyul 2021-ci il tarixində Davtyan və Sucyanın hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 All News