Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak etdi

Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak etdi
28.08.2025 12:04 Siyasət

2025-ci ilin 27 avqust tarixində Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

MDB-nin və bir sıra dövlət qurumlarının yüksək vəzifəli təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizənin təşkili, həmçinin regional və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Heydər Məmmədov çıxış edərək, Koordinasiya Şurası çərçivəsində həyata keçirilən islahatların əhəmiyyətini, prokurorluqlar arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində mövcud əməkdaşlıq təcrübəsini, habelə beynəlxalq və regional təşkilatlarda Azərbaycanın fəallığını diqqətə çatdırıb. 

Baş prokurorun müavini, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin — Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik iclası, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclası və UNODC-nin GlobE şəbəkəsinin plenar toplantısının təşkil olunduğunu qeyd edib.

Səfər çərçivəsində, həmçinin Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorluqlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.

FOTOLAR

Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak etdi — 1
Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak etdi — 2
Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak etdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər