Bakıda TARİXİ HÖKM: "Azərbaycan beynəlxalq qurumlara meydan oxudu"

Bakıda TARİXİ HÖKM: "Azərbaycan beynəlxalq qurumlara meydan oxudu"
06.02.2026 15:25

“Azərbaycan cinayətkarların əməllərini dünyaya sübut etdi".  

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu Bakı Hərbi Məhkəməsində erməni cinayətkarların davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunması ilə bağlı TodayPress TV-yə danışarkən deyib.


"Məlum olduğu kimi, bir müddətdir Azərbaycan məhkəmələrində bu məsələ ilə bağlı araşdırmalar aparılırdı.  Məhkəmə həmin insanların cinayətlərini sübut etdi. Eyni zamanda, bu cinayətlər onların özləri tərəfindən də etiraf olunub.  Hesab edirəm ki, həm onların öz etirafları, həm də məhkəmələrin obyektiv sübutları nəzərə alınsa, beynəlxalq münasibətlərdə bu məsələyə ədalətli yanaşılmalıdır".

Deputat vurğulayıb ki, hər kəs Azərbaycanın ədaləti təmin edən addımını dəstəkləməlidir: 

"Azərbaycan uzun müddət bu məsələnin həllinə çalışdı, amma ermənilər cinayətləri törətməyə davam etdilər. Nəticədə onlar ədalət məhkəməsi qarşısında cavab verməli oldular. Bu bir daha göstərir ki, hər kəs törətdiyi cinayətə görə cavab verməlidir. Əgər beynəlxalq təşkilatlar və qurumlar ədalətin və haqqın tərəfindədirsə, ikili standartlara, ədalətsizliyə və qərəzə yol vermədən məsələyə yanaşmaq istəyirlərsə, Azərbaycanın bu qərarını alqışlamalıdırlar. Çünki Azərbaycan onların etmədiyini həyata keçirib təmin etdi. Məsələyə də məhz bu aspektdən və kökdən yanaşmalıyıq".   

Qeyd edək ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsində erməni cinayətkarların davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.


Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. 

Həmçinin, digər erməni müttəhimlər də verilmiş ittihamlarda təqsirli bilinib. Arkadi Qukasyanla Bako Sahakyan ayrılıqda 20, Madat Babayan, Melikset Paşayan 19, Qarik Maritosyan 18, Davit Allahveriyan və Levon Balayan 16, Vasili Beqloryan və Qurgen Stperayan, Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum edilib.    

Sözügedən şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 All News