Azərbaycan və Amerika liderlərinin ortaq baxışı - Bahar Muradova yazır...

Azərbaycan və Amerika liderlərinin ortaq baxışı - Bahar Muradova yazır...
22.07.2025 15:50 Siyasət

"Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi qiymətləndirildi". 

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın ölkə başçısının həmin çıxışından paylaşım etməsi isə təsadüfi deyil – bu, onların çağdaş çağırışlara münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan siyasi yanaşmalarının bariz nümunəsidir.

"Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi. Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin qorunmasının lehinə və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə əldə edilməsinin tərəfdarı olub. Trampın rəsmi sosial media hesabında bu çıxışdan paylaşım etməsi isə İlham Əliyevin fikirlərinin yalnız regional deyil, həm də qlobal səviyyədə rezonans doğurduğunu göstərir". 

Komitə sədri diqqətə çatdırıb ki, bu paylaşım həm də göstərir ki, Azərbaycan və Tramp administrasiyası tərəfindən idarə olunan hazırkı ABŞ kimi dövlətlər ailə dəyərləri, milli suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə dayanır. Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə ayaqlaşmaq cəhdlərindən ibarət deyil. Bu ilk növbədə dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından  daha çox əhəmiyyət kəsb edir. 

Məhz bu səbəbdən müharibə və işğala məruz qalaraq, onu öz gücünə aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir  fövqəlgüc ölkənin Prezidenti Donald  Trampın ona verdiyi dəstək təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının təsdiqidir.

"Bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı, ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır. Bu modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ lideri Donald Trampdır. Son iki gün ərzində ilk mövbədə müharibələrin dayandırılması və  bizim gündəlik fəaliyyət sferamıza dair məsələlərə əhəmiyyətli dəstək göstərdiklərinə və bu barədəki açıqlamalarına görə hər iki Prezidentə dərin təşəkkürümü bildirirəm!", - deyə Bahar Muradova fikirlərini yekunlaşdırıb. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım edib.

Töhfə Səməd

FOTOLAR

Azərbaycan və Amerika liderlərinin ortaq baxışı - Bahar Muradova yazır... — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər