Abbas Abbasov “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış etdi

Abbas Abbasov “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış etdi
03.10.2025 14:53 Siyasət

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti xanım Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib. 

TodayPress TV xəbər verir ki, Direktor çıxışında deyib:

"Hörmətli qonaqlar,

İlk növbədə, Bakı Təşəbbüs Qrupu adından “Müstəmləkəçilik, neokolonializm və onun təzahürləri” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını salamlayır, konfransın təşkilatçılarına və ev sahibinə minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün keçirilən konfransın əsas mövzusu təşkilatımızın missiyası ilə tam uyğunluq təşkil edir. Belə ki, Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdə, BTQ (neo)kolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarmışdır.

Hörmətli iştirakçılar, məlum olduğu kimi, Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda Dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökumət təşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. Beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatımızın fəaliyyəti müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkə hökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlara dəstək verilməsinə həsr olunmuşdur.

Yarandığı gündən BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilmişdir. Son iki il ərzində biz BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksək səviyyəli tədbir təşkil etmişik.

Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlif aspektlərinə – ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrindəki təsirlərə həsr olunmuşdur. Bu tədbirlər çərçivəsində siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərək geniş dialoq və əməkdaşlıq platforması yaradılmışdır.

BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olmuşdur. Bu tədbir çərçivəsində Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasına dair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addım müstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatların kollektiv səsini birləşdirmiş və onların beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olmuşdur.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmış hesabatın BMT Baş Katibi tərəfindən 2025-ci ildə təqdim edilən “Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onilliyin Fəaliyyət Proqramının İcrası”na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil etmiş, hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini vermişdir.

Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalar təşkil etmişdir. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olmuşdur.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır. İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc etmişdir. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarə olunması üzrə beynəlxalq ekspert, Korlayl Korbin tərəfindən yazılmış “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil” adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir.

Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda, Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır."

TodayPress TV

FOTOLAR

Abbas Abbasov “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış etdi — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Bütün Xəbərlər