Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu
20.09.2025 16:02 Mədəniyyət

Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Qarabağ Universitetində İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub. 

TodayPress TV xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. 

Tamaşada rolları Əməkdar artistlər Nərgiz  Kərimova (Gülçöhrə), Nahidə Orucova (Cahan xala), Əkbər Əlizadə (Süleyman bəy), Əzizağa Əzizov (Soltan bəy), eləcə də Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zalıyeva (Asya), Ülviyyə Əliyeva  (Telli) və Elxan İsmayılov (Vəli) oynayıblar.

Səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, universitetin professor-müəllim və tələbə heyəti izləyib.

Üzeyir Hacıbəylinin dünyaşöhrətli operettası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Bəstəkarın 1913-cü ildə yazdığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən hesab olunur. Əsərin mərkəzində Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayanır. Operetta XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.

Zəngin musiqisi, yaddaqalan obrazları və məzmununun universallığı sayəsində “Arşın mal alan” əsəri yarandığı gündən indiyədək dəfələrlə müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. 

"Arşın mal alan"ın Üzeyir bəyin yubiley ilində onun doğma eli Qarabağda nümayiş olunması böyük musiqi xadiminin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il dahi bəstəkarın anadan olmasının 140 illiyi müxtəlif səpkili tədbirlərlə geniş qeyd edilir. Eyni zamanda bu yubiley Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ilə də əlamətdardır.

TodayPress TV

FOTOLAR

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 1
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 2
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 3
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 4
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 5
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 6
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 7
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 8
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər