“Sadiq insan” mənasızlığı – Orxan Saffari yazır...

“Sadiq insan” mənasızlığı – Orxan Saffari yazır...
15.09.2025 12:50 Mədəniyyət

Əlbəttə, cəmiyyət tərəfindən müxtəlif şəkildə müsbət hesab olunan xüsusiyyətlərə görə sevilən insanlar var.

Məsələn, “Sadiq insan” anlayışı kimi.

Ancaq nədir sadiqlik? Ümumiyyətlə, insan sadiq olmağa məcburdurmu?

Sadiqlik, adətən, insanın hansısa bir dəyərlə, bir münasibətlə, bir idealla bağlı qalması kimi başa düşülür.

Cəmiyyət tərəfindən yüksək qiymətləndirilən bu xüsusiyyət, doğrudan da, əxlaqi bir dəyər kimi təqdim edilir.

Sadiqlik müsbət xüsusiyyətdirsə, bəs mənfi tərəfləri necə, varmı?

Ola bilərmi sadiq olmaq bir insanın azadlığını məhdudlaşdırsın?

Bəlkə, sadiqlik həm də mənəvi sıxıntılara, sərhədlənməyə yol açır?

“Sadiq insan” anlayışı, əslində, liderlərin, idarəedicilərin yaratdığı, daha dəqiq, uydurduğu bir anlayışdır.

Sadiqlik müxtəlif prinsiplərə, şəxsə və ya hansısa bir dəyərə bağlılıqdır. Bu bağlılıq, adətən, digər insanlara qarşı etibarı, öz davranışını nizamlı saxlamağı və müəyyən bir ardıcıllığı təmin etməyi nəzərdə tutur. Yəni sadiqlik daha çox sosial mexanizm, idarəetmə formasıdır.

Yaxşı, bəs insan həqiqətən azad şəkildə sadiq ola bilərmi, yoxsa bu, sadəcə cəmiyyətin qoyduğu gözləntilərin içimizə hopmasıdır?

Sadiqlik seçimdən daha çox məcburiyyətdir. İnsan isə təbiət etibarı ilə sadiq deyil. İnsan yüksəlmək üçün, əslində, bütün dəyərləri əzməyə meyllidir. Ciddi, düşünən insan üçün isə sadiqlik hər zaman təbii bir vəziyyət olmur.

Ümumiyyətlə, insan duyğuları, ehtiyacları, ambisiyaları dəyişən şərait qarşısında daim dəyişir. Bu dəyişkənlik içində “mütləq sadiqlik” ideyası tamamilə məntiqsiz görünür.

Məsələn, məsələyə bu yöndən baxmaq olar:

“İnsan niyə bir şeyi dəyişdirmək, yolunu dəyişmək və ya öz maraqlarına görə münasibətlərini yenidən qurmaq hüququndan məhrum olmalıdır?”

Sadiq insan olmaq, sadiq qalmaq azadlığı da məhdudlaşdırır. Sadiq insan kimi qalmaq üçün insanın müəyyən seçimlərdən imtina etməsi, öz istəklərini geri plana atması tələb olunur bəzən.

Konkret desək, sadiq insan olmaq qul psixologiyası, əxlaqıdır. Sadiq insan olmaq ən yaxşı halda cəmiyyətdə romantik görünmək, təqdir edilmək istəyidir. Yəni daha çox natamamlıqdır. İnsanlar adətən, sadiq insan olmaqdan başqa yolları olmadığı üçün sadiq olurlar.

“Ən yaxşı insan sadiq insandır” düşüncəsi, əslində, insan azadlığını formaya salan sosial konstruksiyadır.

Nitşe bu konktekstə deyir:

“İnsanın dəyərləri həqiqi deyil, başqalarının istəkləri ilə yaradılır. Sadiqlik, belə baxanda, həqiqi dəyər deyil, sosial illüziyadır”.

Xülasə, əslində, insan başqasına, işinə və ya ideologiyasına sadiq qalmaqla öz ehtiyaclarını boğur, həqiqi hisslərini gizlədir.

Bu isə təbii yox, qondarma anlayışdır.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Bütün Xəbərlər