Plasido Dominqo Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi

Plasido Dominqo Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi
15.11.2025 12:23 Mədəniyyət

Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.

TodayPress TV xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdə Plasido Dominqo (Placido Domingo) ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış ediblər.

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.

Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.

Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.

TodayPress TV


PHOTOS

Plasido Dominqo Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi — 1
Plasido Dominqo Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi — 2
NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News