Novruz bayramı Strasburqda muğam konserti ilə qeyd olundu

Novruz bayramı Strasburqda muğam konserti ilə qeyd olundu
23.03.2026 18:45 Mədəniyyət

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində Novruz bayramı münasibətilə muğam konserti təşkil olunub.

TodayPress TV xəbər verir ki, şəhərin mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində keçirilən konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu bayramın təlqin etdiyi ülvi dəyərlər və bu qədim bayramın xalqımızın mədəni irsində tutduğu yer barədə iştirakçılara məlumat verib, eləcə də 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə “Novruz”un UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.

Konsertə toplanan çoxsaylı iştirakçılara Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov, istedadlı muğam ifaçısı, Opera və Balet Teatrının solisti Rəvanə Əmiraslanlı Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Ramil Məhərrəmovun (nağara) müşayiəti ilə zəngin musiqi proqramı təqdim ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri iştirakçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News