Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirildi

Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirildi
07.07.2025 22:07 Mədəniyyət

İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.

TodayPress TV xəbər verir ki, tədbiri açıq elan edən komitə sədri Polad Bülbüloğlu tarixi-mədəni irsin qorunmasının milli əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, bu sahədə görülən işlər ölkənin gələcək nəsillərinə mədəni mirasın bütöv şəkildə ötürülməsi baxımından xüsusi önəm kəsb edir.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi yüksək diqqət və qayğını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkə ərazisində yerləşən tarixi abidələrin qorunması, bərpası və konservasiyası istiqamətində genişmiqyaslı layihələr icra olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam şəhərində yerləşən İmarət kompleksində və Şuşada əhəmiyyətli bərpa və konservasiya işləri həyata keçirilib. Bu məkanlar artıq beynəlxalq qonaqlar və diplomatik korpus nümayəndələri tərəfindən də ziyarət edilir.

Nazir qeyd edib ki, mədəni irsin idarə olunması və təbliğində müasir yanaşmaların tətbiqi prioritet məsələlərdəndir. Bu sahədə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması məqsədilə 2024-cü ildə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” elan olunub. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyələrində 11 ixtisas istiqaməti üzrə xaricdə təhsil maliyyələşdirilir.

Dinləmədə Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, memar-ekspert Rizvan Bayramov və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda tarix-mədəniyyət abidələrinin milli sərvət kimi qorunmasının və bu sahədə beynəlxalq təcrübədən səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb. Tədbirin sonunda fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

FOTOLAR

Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirildi — 1
Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirildi — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər