Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verdi

Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verdi
28.11.2025 09:52 Mədəniyyət

Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.

“Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.

TodayPress TV xəbər verir ki, bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.

Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.

Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir. 

Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.

Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 All News