Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi
29.12.2025 17:48 Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

TodayPress TV xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan "Naxış və siluet" adlı fərdi sərgisi ilə tanış olub.

Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin "Faiq Əhməd: 2011–2024-cü illər" adlı retrospektiv sərgisinə baxıb.

Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

TodayPress TV

PHOTOS

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi — 1
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi — 2
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi — 3
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi — 4
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi — 5
NEWS FEED
16 JUNE 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 All News