İnsan keçmişini unutmalıdır – Orxan Saffari yazır...

İnsan keçmişini unutmalıdır – Orxan Saffari yazır...
04.09.2025 13:08 Mədəniyyət

Tez-tez əksər insanların dilindən belə sözlər eşitmək mümkündür:

Məsələn, “Keçmişi xatırla”, “İnsan keçmişini unutmamalıdır”.

Ancaq niyə? Bəlkə, bu, bir qədər romantik yanaşmadır? Yaxud azadlığa müdaxilə deyilmi həm də? Əgər bir adam öz pis keçmişini untumaq istəyirsə, bu, ona əzab verirsə, "keçmişi xatırlamaq" həqiqəti nəyinə gərəkdir?

Guya, keçmişi unudanda nə olur və yaxud keçmişi unutmamağın hansı yaxşı tərəfləri var?!

İnsanı formalaşdıran nədir: keçmişi xatırlamaq, yoxsa onu unutmaq?

Ümumiyyətlə, “Keçmişi xatırlamaq lazımdır” deyən adamlar, insanın həmin keçmişə bağlı qalmalı olduğunu düşünən adamlardır. Bu cür adamlar üçün şəxsin hazırki yaxşı məqamı yox, daha çox keçmişdə olan əzik məqamı maraqlıdır.

“Keçmişini xatırla” demək “Kim olmusan?” sualının qiyabi təhsil almış formasıdır.

Bir insana “keçmişi xatırla” kimi ittiham etmək, ona qarşı olan şüuraltı nifrətin göstəricisidir. Axı insan nə zamansa pis, hətta lap çox pis ola bilər. O, niyə onu xatırlamalıdır? Qanını qaraltmaq üçün, yoxsa özünə olduğu yaxşı məqamda “əşşşi, onsuz da, kim olmuşam?” demək üçün?

Keçmişə bağlı olmaq, keçmişi xatırlayaraq ona uyğun formada qabağa getmək ən yaxşı halda natamamlıq, özünü tapa bilməmək, gücsüz olmaq və bir az da cahillikdir.

Xatırlamaq insanı geriyə ata, yaxud da olduğu yerdə saxlaya bilər. Xatırlamaq narahatlıq və əzabdır. Keçmişi xatırlamaq, ona ilişib qalmaq gələcəyə getməkdən qorxmaqdır.

Xatırlamaq həm də tarixi məsələdir, romantikadır. Bu mənada xoş şeyləri xatırlamaq, əlbəttə, zərər deyil. Ancaq insanın kimliyi ilə bağlı xatırladığı məsələlər gələcək şəxsiyyətə ziyandır. Üstəlik, yetkin bir adamı guya "mən kim idim, kim oldum?" sualına istinadən keçmişi xatırlamağının özü də banallıqdır.

Söz yox, ola bilər, gerçək şəxsiyyət bir az da keçmişin davamıdır. Ancaq aydın insanın gələcək şəxsiyyətini keçmişə nəzərən formalaşdırması qəbuledilməzdir.

Xatırlamaq keçmişin əsiri olmaqdır, mənfi məsələləri, məsələn, ağrını, xəyanəti, utancı daşıya-daşıya yaşamaq gələcəyi məhv etməkdir.

İnsanı bu mənada daha çox formalaşdıran da məhz unutmaq bacarığıdır: yəni köhnənin yükünü ataraq yenidən doğulmaq.

Keçmiş artıq yoxdur, o, şüurumuzun yaratdığı kölgədir.

Əlbəttə, o da var, keçmişi unutmaq mümkün deyil, insanın yaddaş izlərini silmək kimi təbii bir gücü yoxdur. Ancaq ona ilişib qalmaq mövcud olmayan magik dünyada yaşamaq istəyidir.

Keçmişi xatırlamaqla özünə “Mən kiməm?” sualı verdiyini düşünən adamlar insanın sabit varlıq olmadığını başa düşməlidir.

Sabitlik olmayan yerdə isə daimi olaraq insanın “Mən kiməm?” sualı ilə özünü belə ittiham etməsi yanlışdır.

Keçmişi unutmamaq özünü təkrarlamaqdır.

Xülasə, keçmiş bitib, gələcək isə, onsuz da, özü gələcək.

Lap Kierkegaardın da dediyi kimi:

“Həyat yalnız geriyə baxaraq başa düşülə bilər, amma yalnız irəliyə doğru yaşana bilər”.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər