Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu

Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu
17.05.2025 09:45 Mədəniyyət

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub. 

TodayPress TV xəbər verir ki, “Əbədiyyətin ifadəsi” sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir.

Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb. 

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Luiz de Souzanın əsərləri dünyanın müxtəlif sərgilərində nümayiş olunur.

Bakıda isə məhz Heydər Əliyev Mərkəzindəki sərgi üçün təqdim olunan bir sıra yeni əsərlər nümayiş etdirilir. 

Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Heydər Əliyev Mərkəzində irəli sürülən bu təşəbbüsə görə minnətdarlığını bildirib. "Biz Luiz de Souzanın yaradıcılıq fəaliyyətinə baxsaq görərik ki, nə dərəcədə peşəkarcasına çalarları, müxtəlif fiqurları, perspektivləri və digər vasitələri bir araya gətirir", - deyə vurğulayıb. 

Braziliyalı rəssam Luiz De Souza özünəməxsus gözəlliyi, zəngin tarixi olan Azərbaycanın incəsənətə nə dərəcədə böyük dəyər verdiyinin şahidi olduğunu bildirib.

O, ərsəyə gətirdiyi əsərləri barədə danışıb: "Həyatımda mənə ən böyük təsir göstərən məsələ zamandır. Zamanla yaratdığım əsərlər heç də mənə asan gəlməyib.

Bəzi hallarda əsərləri yaradanda çox sürətlə edirəm, digər tərəfdən o qədər də ləng. Bəzi hallarda isə özüm-özümlə mübarizəyə çıxıram. Həmçinin bu gün Heydər Əliyev Mərkəzində doğum günümdə sərginin açılışının olması mənə hədsiz bir sevinc gətirdi" deyə vurğulayıb. 

Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir. 

Luiz de Souza əmindir ki, bu gün istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir.

Halbuki, məhz daha uzun zaman tələb edən rəngkarlıq və heykəltaraşlıq üsulları əsərlərə orijinallıq və dəyər qazandırır. 

Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir.

Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır. 

Luiz de Souzanın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasını əks etdirən “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb. 

Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltəraşlıqla məşğul olmağa başladığı vaxt ortaya çıxıb. 

Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan braziliyalı rəssamın əl işlərində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar. 

“Əbədiyyətin ifadəsi” sərgisi ilə Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək tanış olmaq mümkündür.

FOTOLAR

Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 1
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 2
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 3
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 4
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 5
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 6
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı oldu — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər