Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı
30.05.2025 14:04 Mədəniyyət

Xəbər verdiyimiz kimi, ölkəmiz XXVII Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur. Bu münasibətlə naşir, yazar və mədəniyyət xadimlərindən ibarət Azərbaycan nümayəndə heyəti festivalda iştirak edir. 

TodayPress TV xəbər verir ki, Festival gedişində mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub. 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Gürcüstan Milli Kitabxanasının rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Kərim Tahirov çıxışında bildirib ki, Azərbaycan Milli Kitabxanasında “Gürcüstan ədəbiyyatı guşəsi” 2009-cu ildən fəaliyyət göstərir. Qeyd olunub ki, bu kimi təşəbbüslər xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. “Azərbaycan ədəbiyyatı guşəsi”ndə ölkəmizə dair 200-dən artıq nəşr nümunəsi təqdim olunur və guşə davamlı olaraq yeni ədəbiyyatlarla zənginləşdiriləcək. 

Bildirilib ki, son iki il ərzində xaricdə yaradılan 6-cı daimi “Azərbaycan ədəbiyyatı guşəsi”dir və bu istiqamətdə işlər davam etdiriləcək. 

Digər çıxış edənlər də Azərbaycan-Gürcüstan mədəni əlaqələri haqqında söhbət açıblar.

FOTOLAR

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 1
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 2
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 3
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 4
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 5
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 6
Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradıldı — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər