Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı
11.06.2025 11:07 Mədəniyyət

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.

TodayPress TV xəbər verir ki, tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, müğənninin ailə üzvləri iştirak ediblər. 

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğlu çıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki böyük rolundan söz açıblar. Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilib. 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasında unudulmaz sənətkarın repertuarından  nəğmələr səsləndirilib.

FOTOLAR

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 1
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 2
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 3
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 4
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 5
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 6
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 7
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 8
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər