"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı

"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı
15.10.2025 15:03 Mədəniyyət

Oktyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılışı keçirilib.

TodayPress TV xəbər verir ki, sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı reallaşır. 

Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886-1957) həsr olunmuş sərgi Anauakali Muzeyinin beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Sərgidə rəssamın bədii irsini əhatə edən 100-ə yaxın fotoqrafik reproduksiya – divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir. 

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Tereza Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib. 

Sərginin mərkəzi bölməsi Dieqo Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan rəssamın özü tərəfindən layihələndirilib. 

Sərgi dekabrın 30-dək ziyarət üçün açıq olacaq.

TodayPress TV

FOTOLAR

"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 1
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 2
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 3
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 4
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 5
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 6
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 7
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 8
"Daha yaxşı gələcəyin vədi" – Bakıda Meksika muzeyinin sərgisi açıldı — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Bütün Xəbərlər