“Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirildi

“Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirildi
05.11.2025 22:30 Mədəniyyət

ADA Universitetində “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirilib.

TodayPress TV xəbər verir ki, memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025”, “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universiteti Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunub.

ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. İnanıram ki, bu proseslərə tələbələr də cəlb olunacaq ki, onlar üçün bu, yaxşı bir praktiki təcrübə olsun”.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundan söz açıb. O qeyd edib ki, bu tədbirə ölkəmiz aktiv şəkildə hazırlaşır.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Soave çıxışı zamanı WUF-13-ə ev sahibliyi Azərbaycanı qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevirəcəyini bildirib.

ADA Universitetinin Memarliq fakültəsinin dekanı Silvia Ferrari bildirib ki, bu tədbir memarlıq, şəhər planlaşdırılması və dizayn sahəsində görüş və əməkdaşlıq üçün böyük bir fürsətdir.

Sonda tədbir musiqili hissə ilə davam edib.

TodayPress TV


NEWS FEED
31 JULY 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 All News