Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi

Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi
25.06.2025 12:15 Mədəniyyət

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il iyunun 23-də Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərinə səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində ölkəmizin bir sıra mədəni və yaradıcı sənaye sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.

Səfərin ikinci günü Azərbaycanın animasiya, təhsil, film, musiqi, rəqəmsallaşma, zərgərlik və dizayn kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətinin nümayəndələri — Mozalan studiyası MMC, Alov animasiya studiyası, Dynamic Box MMC, Eduaz Co. MMC, Kinobox MMC, Aydemir Entertainment, JazzLab Agency, One Click MMC, Khatai Heritage, Atide-Couture, Gallery Centre, Gilabi Ceramics və digərləri — Xorvatiyanın yaradıcı sənaye üzrə tanınmış qurumları ilə görüşüblər.

Görüşlər Croatian Audiovisual Centre (HAVC), We Move Music Croatia, Kultura Nova Foundation, Zagreb Film və digər qurumların ofislərində təşkil olunub.

Tərəflər arasında keçirilən təqdimat və müzakirələrdə Azərbaycanın mədəni və yaradıcı sənaye sahəsində ixrac potensialı diqqətə çatdırılıb, Xorvatiya bazarına çıxış imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür biznes görüşləri Azərbaycan və Xorvatiya arasında hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilir. Mədəni və yaradıcı sənaye sahəsində biznes subyektləri arasında bu formatda ilk dəfə təşkil olunan görüşlər, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.

FOTOLAR

Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 1
Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 2
Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 3
Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 4
Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 5
Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri əməkdaşlıq görüşləri keçirdi — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər