Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur
29.05.2025 17:52 Mədəniyyət

Mayın 29-da Gürcüstanın paytaxtı Tbilisidə XXVII Beynəlxalq Kitab Festivalı başlanıb.

TodayPress TV xəbər verir ki, iyunun 1-dək davam edəcək tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə milli stendlə təmsil olunur. 

Azərbaycan naşir və yazarlarından ibarət heyət kitab bayramında iştirak edir. 

Milli stendimizdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 83 adda 200-dən artıq nəşr nümayiş olunur.  Gürcüstan Naşirlər və Kitab Satıcıları Assosiasiyası tərəfindən təşkil olunan festivalın ilk günündə Azərbaycanın kitab mədəniyyətinə həsr olunmuş panel müzakirəsi keçirilib. 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri, yazıçı, kinodramaturq Orxan Fikrətoğlu, yazıçı Sahilə Yaya, yazıçı, dramaturq Sevinc Elsevər və “MİMTA Yayınları” nəşriyyatının təsisçisi Kənan Şabiyevin iştirakı ilə gerçəkləşən müzakirə zamanı Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolu və müasir uğurlarından söz açılıb.

Azərbaycan və gürcü xalqlarının mədəniyyətinin və ortaq tarixinin öyrənilməsində, onların dostluğunun möhkəmlənməsində kitabın və ədəbiyyatın əhəmiyyəti vurğulanıb.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Gürcüstan Yazıçılar Evinin sədri Keti Dumbadze çıxışında Azərbaycanla ortaq ədəbi layihələrin planlaşdırıldığını diqqətə çatdırıb.

FOTOLAR

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur — 1
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur — 2
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur — 3
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur — 4
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər