Anım Günündə "İnnab ağacı" tamaşasının premyerası keçirildi

Anım Günündə "İnnab ağacı" tamaşasının premyerası keçirildi
28.09.2025 12:12 Mədəniyyət

27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrında xüsusi tədbir təşkil olunub. Bu gün çərçivəsində xalqımızın böyük oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və yeganə azərbaycanlı Həzi Aslanova ithaf edilmiş “İnnab ağacı” kukla tamaşasının premyerası nümayiş olunub.

TodayPress TV xəbər verir ki, tamaşada əfsanəvi qəhrəmanın ailə üzvləri – nəvəsi və nəticələri də iştirak ediblər. Teatrın sifarişi ilə yazılmış əsər İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi və Həzi Aslanovun 115 illiyinə həsr olunub. Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli tamaşa “qara kabinet” üslubunda səhnələşdirilib.

Səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssam isə teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatı ilə zənginləşdirilmiş tamaşada qəhrəmanın həyat və döyüş yolu, məktubları və xatirələrindən istifadə edilərək fərqli səhnə kompozisiyası yaradılıb. Kukla obrazlarını isə teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev canlandırıblar.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan premyeradan sonra qəhrəmanın nəvəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib. O vurğulayıb ki, tamaşa H. Aslanov irsini yeni nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Əməkdar incəsənət xadimi, şair-publisist və Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani də tamaşa münasibətilə kollektivə təşəkkürünü bildirib, Həzi Aslanovun hərb tarixindəki yerini yüksək qiymətləndirib və belə bədii nümunələrin qəhrəmanın həyat və döyüş yolunu geniş tamaşaçı auditoriyasına çatdırmaq baxımından əhəmiyyətini qeyd edib.

Əsərin müəllifi Sevinc Nuruqızı yaradıcı heyətə təşəkkürünü bildirib, tarixi irsə və ədəbiyyata layiqincə sahib çıxıldıqlarını vurğulayıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə isə Həzi Aslanovun İkinci Dünya Müharibəsindəki xidmətlərinin xalqımızın yaddaşında əbədi qaldığını qeyd edib.

Qeyd edək ki, tamaşanın teatrın hər iki bölməsində göstərilməsi daha geniş auditoriyaya çatdırılması məqsədini daşıyır. Qonaqlara həmçinin bildirilib ki, “İnnab ağacı” Sankt-Peterburq premyerasında və II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında uğurla təqdim olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Bütün Xəbərlər