Amaliya Pənahova Dram Teatrında “Xurşidbanu Natəvan”la yad edildi

Amaliya Pənahova Dram Teatrında “Xurşidbanu Natəvan”la yad edildi
27.11.2025 16:10 Mədəniyyət

Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr edilən “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.

Bu barədə TodayPress TV-yə teatrın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tamaşanın nümayişindən əvvəl çıxış edən Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın Azərbaycan mədəniyyətindəki əvəzolunmaz rolundan danışıb. Bildirib ki, Amaliya Pənahova milli teatr və kino sənətimizə dəyərli töhfələr verməklə yanaşı, eləcə də teatr təşkilatçısı, pedaqoq idi və Ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən onun sənəti hər zaman yüksək qiymətləndirilmiş, bütün mədəniyyət sahəsi olduğu kimi, böyük aktrisamızın da sənəti daim dövlət qayğısı ilə əhatə olunmuşdu.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər, onun yaratdığı hər bir rolun uğurlu sənət yolundan danışıblar.

Daha sonra vaxtı ilə Amaliya Pənahovanın rol aldığı və uzunömürlü tamaşalardan olan “Xurşidbanu Natəvan” nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Əməkdar artist Anar Heybətov (Knyaz Xasay), Əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), Xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), Əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), Xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Əməkdar artist Mirzə Ağabəyli (kor kamançaçı), Əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Cavidan Novruz (Nəvvab), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev, Nəzrin Abdullayeva (kültəvi səhnə) iştirak edirlər.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News