Sevdiyiniz giləmeyvə xarakteriniz haqqında nə deyir? - Maraqlı test
Sosial şəbəkələrdə yayılan maraqlı testə görə, insanın sevdiyi yay giləmeyvəsi onun xarakter xüsusiyyətləri haqqında ipucu verə bilər.
TodayPress TV xəbər verir ki, testə əsasən, çiyələyi sevənlər ünsiyyətcil və mehriban, moruğa üstünlük verənlər isə səbirli və emosional insanlar hesab olunur.
Qarağat sevənlər etibarlı və ailə dəyərlərinə önəm verən şəxslər, firəng üzümünü seçənlər isə sakit, praktik düşüncəli və ədalətli insanlar kimi təsvir edilir.
Albalı sevənlərin romantik və dərin hisslərə sahib olduğu, qaragilə sevənlərin isə müdrik, balanslı və öz fikrində möhkəm insanlar olduğu iddia edilir.
Qeyd edək ki, bu cür testlər elmi əsaslara söykənmir və daha çox əyləncə məqsədi daşıyır.