Elmə məlum olmayan canlılar aşkarlandı

Elmə məlum olmayan canlılar aşkarlandı
04.06.2026 08:56 Maraqlı

Şərqi Afrikaya təşkil olunan ekspedisiya zamanı 16 nəfərlik beynəlxalq alimlər qrupu elmə məlum olmayan onlarla heyvan və həşərat növü aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Tədqiqatçılar Anqolanın Lisima yaylasında araşdırmalar aparıblar. Uzun illər əlçatmaz qalan bu əraziyə giriş ölkədə 27 il davam edən və 2002-ci ildə başa çatan vətəndaş müharibəsi səbəbindən məhdud olub.

Ekspedisiya zamanı alimlər ultrabənövşəyi işıq altında parıldayan tacvari xərçəng hörümçəyi, zəhərli xaç böcəyini təqlid edən çarpaz hörümçək, səkkiz yeni kəpənək növü, yarasa qanı ilə qidalanan uçuşsuz milçək və zirehli cırcırama aşkar ediblər.

Mütəxəssislərin sözlərinə görə, məhdud yaşayış mühitinə malik olan və xüsusi ekoloji şərait tələb edən növlər iqlim və ətraf mühit dəyişikliklərinə qarşı daha həssasdır.

Qeyd edək ki, ötən il Ural Federal Universiteti və Çinin Taizhou Universitetinin alimləri də Çində əvvəllər məlum olmayan yeni şibyə növlərini müəyyən etmişdilər. Bunun üçün tədqiqatçılar yüz il əvvəl toplanmış nümunələrin əvəzinə həmin ərazilərdən yeni materiallar toplayaraq müasir analiz üsullarından istifadə ediblər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 All News