Vergi ombudsmanı 73 vergi ödəyicisinin pozulmuş hüquqlarını bərpa edib

Vergi ombudsmanı 73 vergi ödəyicisinin pozulmuş hüquqlarını bərpa edib
18.02.2026 14:37 Maliyyə

2025-ci ildə Azərbaycanda Vergi ombudsmanı 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqlarını bərpa edib.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşıqlılı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onlardan bu istiqamətlərdə təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə ötən il ərzində 9, 13 və 14 saylı Ərazi Vergilər İdarələrində, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan 370-dən artıq vergi ödəyicisi ilə görüşlər keçirilib.

İl ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 5 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib. Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən 8 iş prosesi üzrə təhlillər aparılıb, həmin proseslərin keyfiyyətinin monitorinqi əsasında təklif və tövsiyələr hazırlanıb.

Əvvəlki ildən araşdırması davam edən 4 müraciət də nəzərə alınmaqla 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmalar nəticəsində 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayıb, o cümlədən 72 halda hüquq pozuntusu müəyyən edilməyib, 16 halda məsələ araşdırma müddətində aradan qalxıb, 12 müraciət üzrə müvafiq izah verilib. Hüquq pozuntusu halı müəyyən edilən 76 müraciət üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və dövrün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib. Aparılan araşdırma və aidiyyəti struktur bölmələrə verilən tövsiyələr nəticəsində 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib.

Vergi ombudsmanı xidməti baş idarəsi beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işləri davam etdirir.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News