Naxçıvanın builki xərclərinin strukturu açıqlandı

Naxçıvanın builki xərclərinin strukturu açıqlandı
07.01.2026 23:30 Maliyyə

Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin əsas göstəriləri açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi sosial şəbəkə hesablarında məlumat yayıb.

Növbəti il üçün büdcənin gəlirləri və xərcləri 483 milyon 178 min manat həcmində proqnozlaşdırılıb.

Büdcə gəlirlərinin strukturunda 271 milyon 550 min manat yerli daxilolmalar, 211 milyon 628 min manat isə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya təşkil edir. Gəlirlərin proqnozu üzrə ötən ilin büdcəsi ilə müqayisədə yerli daxilolmaların həcmi 74 milyon 85 min manat artıb, dotasiyanın həcmi isə 64 milyon 120 min manat azalıb. Bu da regionun maliyyə müstəqilliyinin gücləndiyini göstərir.

2026-cı ildə xərclərin funksional təsnifat üzrə bölgüsü də müəyyənləşdirilib. Ən böyük vəsait təhsil sahəsinə yönəldilərək 157 milyon 479 min 439 manat təşkil edir. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün 86 milyon 138 min 775 manat, ümumi dövlət xidmətlərinə isə 74 milyon 484 min 856 manat vəsait ayrılıb.

Büdcə xərcləri çərçivəsində iqtisadi fəaliyyətə 43 milyon 655 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 26 milyon 29 min 956 manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 27 milyon 800 min manat yönəldiləcək.

Bundan əlavə, mənzil və kommunal təsərrüfatı üçün 16 milyon 862 min 549 manat, ətraf mühitin mühafizəsinə 14 milyon 168 min 630 manat, səhiyyəyə 13 milyon 77 min 205 manat, sosial müdafiə və sosial təminata 12 milyon 705 min 590 manat, kənd təsərrüfatına isə 10 milyon 776 min manat ayrılması nəzərdə tutulub.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 All News