Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO

Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO
17.06.2026 12:44 Kriminal

Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin sabiq rəis müavini Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də Bakının Babək prospektində yerləşən evinin qarajında amansızlıqla qətlə yetirilib. Füzuli İsgəndərov, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.

TodayPress TV xəbər verir ki, hadisədən cəmi üç gün əvvəl böyük qızının toyu olan mərhumun bədənində 20-dən çox bıçaq xəsarəti aşkarlanıb.

İlkin ifadələrdə həyat yoldaşı Xalidə İsgəndərova və azyaşlı qızı hadisəni maskalı bir şəxsin törətdiyini bildiriblər. Onların sözlərinə görə, naməlum şəxs əvvəlcə Füzuli İsgəndərovu öldürüb, sonra isə ana və qızı hədələyərək qızıl-zinət əşyalarını aparıb. Bu versiya əsasında aylarla araşdırma aparılsa da, qatil tapılmayıb.

Dörd ay sonra cinayət işi Bakı Şəhər Prokurorluğuna verilib və istintaq yenidən başlanıb. Artıq iş üzrə istintaq qrupuna müstəntiq Müşfiq Abbasov rəhbərlik edir. Yeni araşdırma zamanı diqqətçəkən məqamlardan biri hadisə yerində tapılmış ayaq izləri olub. Müstəntiq evə təkrar baxış keçirərkən mərhumun idman zalında bir tayı itkin düşmüş idman ayaqqabısını aşkarlayıb. Ayaqqabının naxışları hadisə yerindəki izlərlə üst-üstə düşüb. Daha sonra evin həyətindəki köhnə ocaq yerindən götürülən nümunələr həmin ayaqqabının digər tayının yandırıldığını ortaya çıxarıb.

İstintaqı çaşdıran əsas sübutlardan biri də hadisə yerində aşkarlanan AB(IV)Rh- qan qrupuna aid qan nümunəsi olub. Sonradan müəyyən edilib ki, həmin qan nümunəsi cinayət yerinə bilərəkdən atılıb və istintaqı yanlış istiqamətə yönəltmək məqsədi daşıyıb. Bu faktla bağlı ayrıca araşdırma aparılıb.

İş üzrə dönüş nöqtələrindən biri mərhumun böyük qızının ifadəsi olub. O, valideynləri arasında uzun müddətdir, ciddi münaqişələrin yaşandığını, anasının emosional davranışlar sərgilədiyini və ailədə tez-tez gərginlik yarandığını bildirib. İstintaq zamanı ər-arvad arasında həm əmlak, həm də şəxsi münasibətlərlə bağlı problemlərin olduğu müəyyən edilib.

Daha sonra azyaşlı qızın iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı hadisə gecəsi valideynləri arasında səhərə qədər davam edən mübahisənin baş verdiyi üzə çıxıb. İfadələr, ekspertiza rəyləri, telefon danışıqları və digər sübutlar bir araya gətirildikdən sonra istintaq Füzuli İsgəndərovun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib.

İstintaqın versiyasına görə, ilk ölümcül bıçaq zərbələri evin daxilində vurulub. Yaralanan Füzuli İsgəndərov qaraja qaçaraq kömək almağa və ya xəstəxanaya getməyə çalışsa da, son zərbələr burada endirilib.

Toplanan sübutlar əsasında Xalidə İsgəndərova həbs olunub və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə o əfv edilərək cəza müddəti yarıya endirilib.

Uzun müddət ölkə gündəmində qalan bu cinayət işi istintaq tarixində saxta sübutlar, ziddiyyətli ifadələr və aylarla gizli qalan həqiqətləri ilə ən çox müzakirə olunan qətllərdən biri hesab olunur.


XƏBƏR LENTİ
17 IYUN 2026
Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Bütün Xəbərlər