Lənkəranda regional müşavirə keçirildi

Lənkəranda regional müşavirə keçirildi
13.06.2025 14:57 Kənd Təsərrüfatı

Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir.

TodayPress TV xəbər verir ki, Lənkəran rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun aqrar sektorunda görülən işlər, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, bölgənin aqrar potensialından bəhs edib, ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini, bunun nəticəsində digər sahələr kimi aqrar sahənin də dinamik inkişaf etdiyini vurğulayıb. İcra başçısı əlavə edib ki, bu sahənin inkişafının təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən, müvafiq qurumlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır. 

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxılçılığın inkişafı məqsədilə mühüm islahatlar keçirir. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün subsidiyaların verilməsi, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin verilməsi aqrar sektorun dayanıqlı inkişafına real zəmin yaradır. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişaf etdirilməsinin əsas hədəflərdən olduğunu deyən Elçin Zeynalov bildirib ki, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb edir.  

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hər il olduğu kimi bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib. Mehman Veysəlov bildirib ki, görülən işlər taxıl biçininin optimal müddətdə başa çatdırılmasına imkan verir.  

Müşavirədə qeyd olunub ki, bu il Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarında ümumilikdə 17 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

FOTOLAR

Lənkəranda regional müşavirə keçirildi — 1
Lənkəranda regional müşavirə keçirildi — 2
Lənkəranda regional müşavirə keçirildi — 3
Lənkəranda regional müşavirə keçirildi — 4
Lənkəranda regional müşavirə keçirildi — 5
Lənkəranda regional müşavirə keçirildi — 6
Lənkəranda regional müşavirə keçirildi — 7
Lənkəranda regional müşavirə keçirildi — 8
Lənkəranda regional müşavirə keçirildi — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Bütün Xəbərlər