KTN Sabirabadda regional müşavirə keçirdi

KTN Sabirabadda regional müşavirə keçirdi
13.06.2025 17:48 Kənd Təsərrüfatı

Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir.

TodayPress TV xəbər verir ki, Sabirabad rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Sabirabad, Saatlı, İmişli və Salyan rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin məsul şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

İcra hakimiyyətinin başçısı Sabirabadın kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl məhsullarının istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycanda taxılçılığın kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu, taxılçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaratdığını deyib.

Nazir müavini çıxışında Azərbaycanda taxılçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, taxılçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü qeyd edib.

Nazir müavini taxılçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

O qeyd edib ki, bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən nazir müavini biçin prosesinin düzgün təşkilinin məhsuldarlığa ciddi təsir etdiyini vurğulayıb.

İlhamə Qədimova əlavə edib ki, məhsul itkisinin qarşısının alınması, biçin prosesinin mütəşəkkil təşkil olunması və optimal müddətdə başa çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib. 

Müşavirədə qeyd olunub ki, bu il Sabirabad, Saatlı, İmişli və Salyan rayonlarında ümumilikdə 60 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində təcili və təxirəsalınmaz fəaliyyət həyata keçirilir. 

Tədbir iştirakçıları taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Müşavirə başa çatdıqdan sonra nazir müavini İlhamə Qədimova Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, əməkdaşlarla yazlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı, təkrar əkinlərin bəyanı prosesinə hazırlıq, monitorinqlərin nəticələrinin EKTİS-ə sürətli işlənməsi və digər mövzularda müzakirələr aparılıb.

FOTOLAR

KTN Sabirabadda regional müşavirə keçirdi — 1
KTN Sabirabadda regional müşavirə keçirdi — 2
KTN Sabirabadda regional müşavirə keçirdi — 3
KTN Sabirabadda regional müşavirə keçirdi — 4
KTN Sabirabadda regional müşavirə keçirdi — 5
KTN Sabirabadda regional müşavirə keçirdi — 6
KTN Sabirabadda regional müşavirə keçirdi — 7
XƏBƏR LENTİ
15 IYUN 2026
Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Bütün Xəbərlər