Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat ödənildi

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat ödənildi
07.07.2025 16:25 Kənd Təsərrüfatı

Azərbaycanda dövlət güzəşti ilə təqdim edilən aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır.

TodayPress TV xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarını sığortalamış fermer və təsərrüfatlara baş vermiş zərərlər üzrə 190 min manat sığorta ödənişi həyata keçirib.

Aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəlik, yem, ot və kimyəvi maddələrdən zəhərlənmə, ilan-həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, təbii fəlakətlər, eləcə də üçüncü şəxslərin hərəkətindən sığortalayır.

2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə ödənişlər həyata keçirilib.

Heyvanların tələf olmasına görə, ən çox sığorta ödənişi edilən rayonlar arasında Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucar var.

Heyvandarlıq sığortası ödənişlərinin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmə halları üzrə həyata keçirilib. Sığortalı təsərrüfatlarda heyvanların tələf olması üzrə ödənişlər fasiləsiz davam edir.

Aqrar sığorta mexanizmində nəzərdə tutulan 50 faiz dövlət dəstəyi hesabına fermerlər kənd təsərrüfatı heyvanlarını olduqca sərfəli şərtlərlə, sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər.

Nəticədə, 300 manatlıq qoyun və keçinin sığortalanması cəmi 7 manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması isə 24,5 manatdan başlayır.

Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır.

Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Bütün Xəbərlər