Göygöldə Aqrar Biznes Festivalı keçirildi

Göygöldə Aqrar Biznes Festivalı keçirildi
18.08.2025 14:11 Kənd Təsərrüfatı

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə 15-17 avqust tarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub. 

TodayPress TV xəbər verir ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, , Göygöl rayon icra hakimiyyətinin, digər dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam edib. 

Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər. 

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub.

Tədbir zamanı Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə dövlət dəstəkli aqrar sığorta mexanimzi barədə təqdimat keçirib, iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub. 

Qeyd edək ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

FOTOLAR

Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 1
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 2
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 3
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 4
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 5
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 6
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 7
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 8
Göygöldə Aqrar Biznes Festivalı keçirildi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər