AQTA sahibkarlara müraciət etdi

AQTA sahibkarlara müraciət etdi
05.08.2025 15:56 Kənd Təsərrüfatı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib. 

TodayPress TV-yə Agentlikdən verilən məlumata əsasən, bu Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir. 

Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. 

Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, sözügedən məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib.

Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək. 

Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında”  Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub. 

Nəzərinizə çatdırırıq ki, Qaydalar 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir.

Qaydalarla aşağıdakı link vasitəsi ilə yaxından tanış ola bilərsiniz:

https://e-qanun.az/framework/59853   

XƏBƏR LENTİ
15 IYUN 2026
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Bütün Xəbərlər