Üç il ərzində 3 minə yaxın dövlət standartı qəbul ediləcək

Üç il ərzində 3 minə yaxın dövlət standartı qəbul ediləcək
15.12.2025 12:05 İqtisadiyyat

Azərbaycanda 2026–2028-ci illər üçün 2939 yeni dövlət standartı hazırlanacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq edilmiş "2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nda əksini tapıb.

Proqrama əsasən, üç il ərzində ölkə üzrə ümumilikdə 2939 yeni dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Sənədə görə, 2026-cı ildə 712, 2027-ci ildə 924, 2028-ci ildə isə 1303 normativ sənədin təsdiqlənməsi planlaşdırılır. Yeni standartlar iqtisadiyyatın bütün sahələrini əhatə etməklə beynəlxalq tələblərlə harmonizasiya ediləcək.

Standartların sahələr üzrə bölgüsünə əsasən, xidmətlər, turizm, əyləncə və idman sahəsində 91, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 481, energetika və elektrotexnika sahəsində 203, neft və əlaqəli texnologiyalar üzrə 291, qida və kənd təsərrüfatı sahəsində 309, tekstil və dəri texnologiyası üzrə 332, nəqliyyat və nəqliyyat infrastrukturu üzrə isə 112 yeni dövlət standartının hazırlanması nəzərdə tutulur.

Proqram çərçivəsində dayanıqlı turizm, macəra turizmi, alternativ və bioenerji, yanğın təhlükəsizliyi, torpaqların rekultivasiyası, uşaq mallarının təhlükəsizliyi, keyfiyyət və idarəetmə sistemləri üzrə beynəlxalq ISO və EN standartlarının tətbiqi planlaşdırılır.

Sənəddə qeyd olunub ki, Milli Standartlaşdırma Proqramının icrası məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, istehlakçı məmnunluğunun artırılmasına, yerli məhsulların rəqabət qabiliyyətinin gücləndirilməsinə, eləcə də iqtisadi və ekoloji təhlükəsizliyin təmin olunmasına şərait yaradacaq.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 All News