Tikinti sahəsi üzrə 6 yeni dövlət standartı qəbul edildi

Tikinti sahəsi üzrə 6 yeni dövlət standartı qəbul edildi
17.06.2025 10:44 İqtisadiyyat

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib.

TodayPress TV xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Bildirilib ki, AZSTAND AZS ГОСТ 27751:2025 “İnşaat konstruksiyalarının və qrunt əsaslarının etibarlılığı. Əsas müddəalar”, AZS EN 845-3:2025 “Daş hörgünün köməkçi elementlərinə dair tələblər Hissə 3: Polad tor şəbəkəsinin üfüqi armaturlanması”, AZS EN 490:2025 “Dam örtüyü və divarların üzlənməsi üçün beton dam plitələri və fitinqlər - Məhsul spesifikasiyaları”, AZS EN 13877-1:2025 “Beton yol örtükləri - Hissə 1: Materiallar”, AZS EN 13877-2:2025 “Beton yol örtükləri - Hissə 2: Beton yol örtüklərinə dair funksional tələblər”, AZS EN 15050:2025 “Yığma dəmir-beton məhsullar - Körpü elementləri” dövlət standartları qəbul edilib.

Yeni dövlət standartlarının tətbiqində məqsəd beynəlxalq təcrübələr əsasında tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət göstəricilərini müasir tələblərə uyğunlaşdırmaqdır.

Qeyd olunan dövlət standartları binaların və qurğuların inşaat konstruksiyaları və onların qrunt əsaslarının etibarlılığının təmin edilməsi, eləcə də yükdaşıyan və yükdaşımayan konstruksiyalarda üfüqi daş hörgü tikişlərinin armaturlanması, beton dam örtüyü plitələri, pilləli dam örtükləri, divar üzlükləri və örtükləri üçün fitinqlərə dair texniki tələbləri müəyyən edir.

Standartlara həmçinin yerində betonlanan yol örtüklərinin komponentləri və körpü tikintisində döşənək elementi kimi istifadə olunan, fabrikdə istehsal edilən yığma dəmir-beton konstruksiya elementlərinə dair tələblər də daxildir.

Qeyd edək ki, yeni dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər