Somalidən ət idxalı: Qiymətlər dəyişəcək?

Somalidən ət idxalı: Qiymətlər dəyişəcək?
22.12.2025 14:17 İqtisadiyyat

Son günlər sosial şəbəkələrdə və mətbuatda Somalidən Azərbaycana ət idxalı ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub. 

Bəs bu qiymətə təsir edə bilərmi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı mərhələdə Somalidən idxal olunan ətin həcmi çox azdır və bazarda qiymətlərə ciddi təsir göstərməsi real görünmür.


Onun sözlərinə görə, idxal olunan ətin ümumi dəyəri cəmi 500 min dollar civarındadır ki, bu da ölkə bazarı üçün olduqca kiçik həcmdir:

"Hələlik idxalın həcmi çox azdır. Cəmi 500 min dollarlıq ət idxal olunub. Bu qədər kiçik həcmdə idxalın bazara hansısa formada təsir edəcəyini düşünmürəm". 

İqtisadçı vurğulayıb ki, hər hansı idxalın bazar qiymətlərinə təsir göstərməsi üçün əsas şərt onun həçminin böyük olmasıdır. Hazırkı vəziyyətdə isə Somalidən gətirilən ət bu kriteriyaya cavab vermir:

"Söhbət qiymətə təsirdən gedirsə, bu yalnız idxalın həcmi artacağı halda mümkün ola bilər. Hazırda bu, sadəcə statistik göstəricidir". İqtisadçı əvvəlki illərdə Monqolustandan ət idxalını da xatırladaraq qeyd edib ki, xaricdən gətirilən ət müəyyən seqmentdə qiymətə təsir etsə də, yerli bazarı köklü şəkildə dəyişmir: "Monqolustandan gələn ət qoyun ətinin qiymətinə müəyyən qədər təsir etdi, yəni idxal olunan ətin qiyməti düşdü. Amma yerli ətin qiymətinə ciddi təsir göstərmədi".

Natiq Cəfərli hesab edir ki, qiymət məsələsində təkcə idxal həcmi deyil, istehlakçı davranışı da mühüm rol oynayır:

"İnsanların ağız dadı, alışqanlıqları var. Yerli istehlakçılar hələ ki xaricdən gələn ətə tam öyrəşməyiblər. Bu da yerli ətə olan tələbatın qalmasına səbəb olur", - deyə o qeyd edib.

Türkan İsgəndərli

NEWS FEED
31 JULY 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 All News